Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rüstəm Orucov qızıl medal qazandı

15.12.2018 [15:56]

Xəbərin mətni
Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Quançjou şəhərində cüdo üzrə “World Masters” turnirində qızıl medal qazanıb. 73 kiloqram çəkidə mübarizə aparan Azərbaycan cüdoçusu bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rəqibi kanadalı Artur Marjelidona qalib gələrək turnirin ən yüksək pilləsinə yüksəlib.