Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən 817 test keçirilib

25.12.2018 [14:50]

Xəbərin mətni
Cari ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 817 test keçirilib və 44 bioloji pasport təqdim olunub. Testlər ən çox güləş, futbol, velosiped idmanı, boks, taekvondo və digər idman növləri üzrə götürülüb. Cari ildə 35 antidopinq qayda pozuntusu qeydə alınıb.