Azərbaycan Dövlət İnformasiya Agentliyi

Torontoda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib

02.01.2019 [15:57]

Xəbərin mətni
Kanadanın Toronto şəhərində yaşayan həmyerlilərimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını qeyd ediblər. Kanadada fəaliyyət göstərən EL televiziyasından Elçin Muxtarov AZƏRTAC-a bildirib ki, tədbirdə bu ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də iştirak ediblər.