Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur
10.06.2026 [22:53]
Xəbərin mətni
Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi xüsusi yer tutur və bu sahədə onların yaş xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hüquqi mexanizmlər müəyyən edilib. Cinayət və cinayət-prosessual qanunvericilikdə uşaqlarla bağlı xüsusi normaların təsbit olunması da məhz bu yanaşmadan irəli gəlir. AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.