“Arsenal” klubu “Real Madrid”in qapıçısı Keylor Navası transfer edib
03.01.2019 [17:38]
Xəbərin mətni
London təmsilçisi 32 yaşlı qapıçısı üçün 14 milyon funt sterlinq ödəyib.
Kosta-rikalı futbolçunun cari mövsümün sonunda Madrid təmsilçisi ilə müqaviləsinin müddəti başa çatır. “Real Madrid” yay transfer pəncərəsində “Çelsi”nin belçikalı qapıçısı Tibo Kurtuanı transfer etdiyindən Navasın ilk 11-likdə yer alması sual altında qaldığı üçün o, “Arsenal”ın təklifi ilə razılaşıb.