Qubada ticarət mərkəzi yanıb
10.01.2019 [11:01]
Xəbərin mətni
Yanvarın 10-u səhər saatlarından Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın nəticəsində mərkəzdəki dörd satış məntəqəsi içərisindəki mallarla birlikdə yanıb, ətrafdakı bir neçə mağazalara isə ciddi ziyan dəyib. Yanan mallar əsasən geyimlər və texniki avadanlıqlardır.