Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

07.06.2026 [19:45]

Xəbərin mətni

Beynəlxalq Çövkən Federasiyası olaraq yeni bir regionun yaradılması üzərində fəaliyyət göstəririk. Həmin region "Körfəz ölkələri regionu" adlanır. Hazırda keçirilən dünya çempionatında iştirak edən Küveyt komandası həmin regionu təmsil edir. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev deyib.