CƏMİYYƏT


Baş epidemioloq: Azərbaycanda donuz qripi xəstəliyi yoxdur

Yanvarın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ölkəmizdəki epidemioloji vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədəki epidemioloji vəziyyətdən danışıb.