Naxçıvanda taxıl biçininə başlanılıb
06.06.2026 [13:42]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasında taxıl biçininə start verilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin biçin işləri Ordubad rayonunun Dəstə kəndində aparılır. Kənd təsərrüfatı istehsalçıları biçinə müasir kombaynlar cəlb etməklə məhsulun itkisiz və qısa müddətdə yığılmasını təmin etməyə çalışırlar.