Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada qanunsuz ağac kəsən şəxslər saxlanılıb

16.01.2019 [12:09]

Xəbərin mətni
Quba rayonu ərazisində meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayonun İsnov kəndi ərazisindəki meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayevi və Əkbər Kərimovu saxlayıblar.