Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Qubada evin damını uçurub

16.01.2019 [16:08]

Xəbərin mətni
Yanvarın 16-da səhər saatlarından başlayan güclü külək Quba rayonunda fəsadlar törədib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək rayonun Aşağı Atuc kəndində Fədail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyünü uçurub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb.