İDMAN


Finlandiyada Formula 1 mərhələsi keçirilə bilər

2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidən 110 kilometrlik məsafədəki avtodromda MotoGP dünya çempionatının debüt mərhələsi keçiriləcək. AZƏRTAC xəbər verir ki, hazırda tikintisi davam edən avtodrom daha yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün tələblərə cavab verəcək. Bunu nəzərə alan Finlandiya Avtomobil İdmanı Federasiyası bu ölkədə Formula 1 dünya çempionatı mərhələsinin keçirilməsi imkanlarını araşdırır.