SİYASƏT


Pakistanda “Şəhidlikdən müstəqilliyə” mövzusunda seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi İQRA Universitetinin İslamabad kampusunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Şəhidlikdən müstəqilliyə” mövzusunda seminar təşkil edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Pakistan xarici işlər nazirinin sabiq müavini, tanınmış diplomat, səfir Abrar Hüseyn çıxış edib.