SİYASƏT


AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə minlərlə insan əlil olub. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər edilib. Məşğulluq haqqında qanun və proqramlarda əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlil dövlət tərəfindən pulsuz mənzillə təmin olunur. Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva qurumun qış sessiyası çərçivəsində “İşə qəbulda ayrı-seçkilik” və “Fiziki məhdudiyyətli inklüziv işçi qüvvəsi üçün” adlı məruzələrin müzakirəsi zamanı söyləyib.