İDMAN


Marselo “Real Madrid”dən ayrılmaq istəyir

İspaniyanın “Real Madrid” klubunun müdafiəçisi Marselo Madrid təmsilçisini tərk etmək fikrindədir. AZƏRTAC “Marca”ya istinadla xəbər verir ki, 31 yaşlı braziliyalı müdafiəçi klubun prezidenti Florentino Peresdən transferə çıxarılmasını xahiş edib. İspaniya mətbuatının məlumatına görə, braziliyalı futbolçu sabiq komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi “Yuventus” klubuna keçmək fikrindədir.