MƏDƏNİYYƏT


Xaçmaz sakininin evi muzeydən seçilmir

Xaçmaz rayonunun Çaykənarı kənd sakini Qərib Aşkarinin yaşadığı ev muzeydən seçilmir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu evin və həyətinin divarlarını məşhur azərbaycanlıların 100-ə yaxın mozaik panoları bəzəyir. Əslən Quba rayonunun Zərdabi qəsəbəsindən olan Qərib Aşkari 1970-ci ildən təyinatla Xaçmazın Çaykənarı kəndindəki məktəbdə dil-ədəbiyyat müəllimi işləməyə başlayıb. Sonradan bu kənd onun daimi yaşayış yerinə çevrilib.