Qubada beşotaqlı evdə yanğın olub
04.02.2019 [02:53]
Xəbərin mətni
Qubada ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində evin dörd otağındakı əşyalar yanıb.
Alov Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.