Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədi rayonunda 12 evdən oğurluq edən şəxslər saxlanılıb

07.02.2019 [17:04]

Xəbərin mətni
Binəqədi rayonu ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.