Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi: Rayonda erkən nikah halları minimuma enib

11.06.2026 [13:41]

Xəbərin mətni

Müasir dövrdə bəşəriyyəti narahat edən ən aktual problemlərdən biri də erkən evlilik və onun doğurduğu fəsadlardır. Beynəlxalq miqyasda uşaq istismarının bir növü hesab edilən bu mənfi təzahürə qarşı Azərbaycanda kompleks mübarizə və genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda həyata keçirilən mütəmadi profilaktik işlər və ailələrin məsələyə obyektiv yanaşması nəticəsində hazırda Zaqatalada erkən evlilik halları demək olar ki, yox dərəcəsindədir.