İQTİSADİYYAT


Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov iştirak edib.