İDMAN


Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib. AZƏRTAC xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib. Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq.