Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binəqədidə 15-dək küçə və yolda təmir-bərpa işləri görülür

14.02.2019 [13:30]

Xəbərin mətni
Paytaxtın Binəqədi rayonunun ərazisindəki qəsəbə yollarının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması işlərinə başlanılıb. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ilkin mərhələ rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 May qəsəbələrinin 15-dək küçəsini və məhəllədaxili yolları əhatə edir.