İQTİSADİYYAT


“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin təqdimatı keçirilib

Fevralın 14-də Aqrar Tədqiqatlar Mərkəzində “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) media üçün təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova EKTİS-in Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlığı, şəffaf və səmərəli idarəetməni, innovasiyanın tətbiqini özündə ehtiva etməklə daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid sistem olduğunu deyib.