İDMAN


Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub

Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə daha bir idman bayramının start götürdüyünü vurğulayaraq dünyanın ən güclü gimnastlarının Bakıda toplaşdıqlarını bildirib. Azərbaycanın idmanın bütün növləri üzrə mötəbər yarışları ən yüksək səviyyədə keçirməyə qadir olduğunu qeyd edən nazir müavini bu baxımdan birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və digər mühüm turnirləri diqqətə çatdırıb.