Qubalı fermerlər meyvə bağlarına aqrotexniki qulluqla əlaqədar təlimlərə cəlb ediliblər
16.02.2019 [18:29]
Xəbərin mətni
Quba rayonundakı “Fermer evi”ndə keçirilən “Meyvə bağlarında budama, forma vermə və calaqvurma əməliyyatlarının aparılması” mövzusunda təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin Aqrar Elm və İnnovasiya Mərkəzi ilə birgə təşkil etdiyi nəzəri və praktik təlimlər iki gün davam edib.