Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigeriya televiziyası “Azərbaycan təamları” filminin növbəti buraxılışını yayımlayıb

18.02.2019 [19:34]

Xəbərin mətni
Nigeriyanın STV kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb. AZƏRTAC xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir. Müəllif verilişdə Azərbaycan qədim şəhəri olan Şəkinin tarixindən və milli yeməklərindən olan Pitinin hazırlanması qaydaları haqqında məlumat verir.