Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
19.02.2019 [18:07]
Xəbərin mətni
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi fevralın 19-da Xaçmazda davam etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dünyanın 16 ölkəsinin aparıcı universitetlərində təhsil alan tələbələrin cəlb olunduğu layihənin iştirakçıları əvvəlcə “Milli kimliyin formalaşmasında mədəni müxtəlifliyin rolu” mövzusunda mühazirə dinləyiblər.