CƏMİYYƏT


Astaradakı “Yanar bulaq”dan palçıq püskürüb

Astara rayonunun Ərçivan qəsəbəsində tarixi abidə kimi qorunan “Yanar bulaq”da qeyrı-adi təbiət hadisə baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli sakinlərin məişətdə istifadə etdikləri bulaqdan su ilə birlikdə palçıq püskürüb. Qəsəbə sakinləri bu hadisəni palçıq vulkanlarının aktivləşməsi ilə əlaqələndirirlər.