RƏSMİ


Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd etdi.