İQTİSADİYYAT


Media nümayəndələri SOCAR Polymer MMC ilə tanış olublar

Azərbaycanda fəaliyyət göstərən bir sıra media qurumlarının nümayəndələri fevralın 22-də Sumqayıt Kimya Sənaye Parkının (SKİP) rezidenti- "SOCAR Polymer" MMC ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, jurnalistlərə bildirilib ki, illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edən bu müəssisə son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.