Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb

28.02.2019 [17:45]

Xəbərin mətni
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin Qusar şəhər sakini Mirzam Zamanov, əvvəllər məhkum olunmuş Şirvanlı kənd sakini Xaliddin Səfibəyov və Quxuroba kənd sakini Rövşən Sədullayev olduqları müəyyən edilib.