İQTİSADİYYAT


Yasamal rayonunda Novruz yarmarkası açılıb

Martın 2-də Yasamal rayonunda Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası təşkil edilib. AZƏRTAC xəbər verir ki, yarmarkada respublikamızın müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.