Xaçmazda bayram yarmarkası: qiymətlər 20-30 faiz ucuzdur
02.03.2019 [15:31]
Xəbərin mətni
Martın 2-dən etibarən Xaçmaz şəhərində bayram satış yarmarkası açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı ərəfəsində Xaçmaz sakinlərinə bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.