Beynəlxalq dəhlizin həyata vəsiqə qazanmasında İranla yanaşı, Azərbaycan da böyük işlər görür
06.03.2019 [13:04]
Xəbərin mətni
Bu gün Gilan vilayətinə səfər edən İran Prezidenti Həsən Ruhani Rəşt şəhərində xalq qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, İran Prezidenti çıxışında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolunun formalaşmasına toxunub. Prezident diqqətə çatdırıb ki, bu beynəlxalq dəhlizin həyata vəsiqə qazanmasında İran ilə yanaşı, Azərbaycan da böyük işlər görür.