Xaçmazda yol polisi qadın sürücüləri təbrik edib
08.03.2019 [16:18]
Xəbərin mətni
Xaçmazda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın sürücülər təbrik edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II taqımının əməkdaşları xidməti ərazilərində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparıb, eyni zamanda, onları bayram münasibətilə təbrik ediblər.