İDMAN


Robert Levandovski Bundesliqanın tarixində ən məhsuldar əcnəbi futbolçu olub

Almaniya Bundesliqasının 25-ci turunda “Bavariya”nın “Volfsbuq”u məğlub etdiyi görüş (6:0) polşalı hücumçu Robert Levandovski üçün əlamətdar olub. AZƏRTAC xəbər verir ki, bu oyunda polşalı forvard iki dəfə fərqlənərək Almaniya Bundesliqasının tarixində ən məhsuldar əcnəbi futbolçu olub. O, 196 qolla vahid liderə çevrilib.