Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-da Novruz bayramı və Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib

12.03.2019 [19:52]

Xəbərin mətni
Bakı Dövlət Universitetində Novruz bayramı və Yel çərşənbəsi münasibətilə tədbir keçirilib. BDU-nun rektoru Elçin Babayev, Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev, Türkiyə, Türkmənistan, Çin və İran səfirliklərinin nümayəndələri və digər qonaqlar türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri ilə tanış olub.