Xaçmazda 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib
14.03.2019 [12:26]
Xəbərin mətni
Xaçmazda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini təmin etmək məqsədilə növbəti peyvəndləmə və müayinə işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən qısa müddətdə 40 mindən çox xırdabuynuzlu heyvan dabaq xəstəliyinə qarşı vaksinasiya edilib.