RƏSMİ


Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və “OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını dedi.