Azərbaycan Dövlət İnformasiya Agentliyi

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq

29.10.2026 [12:31]

Xəbərin mətni

Noyabrın 5-6-da Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit keçiriləcək. Sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Bunu Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “ASAN xidmət” və BMT-nin Bakıda keçiriləcək birgə beynəlxalq sammiti ilə bağlı keçirilən brifinqdə deyib.