Azərbaycan Dövlət İnformasiya Agentliyi

Metro stansiyalarında Novruz şənliyi

19.03.2019 [18:06]

Xəbərin mətni
“İçərişəhər” stansiyasında əsl bayram abu-havası yaşanıb. Novruz bayramı münasibəti ilə konsertlər təşkil olunub, balacalara hədiyyələr paylanılıb. Bayramın simvolu olan Bahar qızı, Kosa və Keçəl metro sərnişinlərinə xoş əhval bəxş edib. Sərnişinlər həmçinin “İçərişəhər” stansiyasındakı retro vaqonlarla da tanış olmaq imkanı qazanıb. Bayram şənliyi martın 20-də də davam edəcək.