Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər
13.06.2026 [13:36]
Xəbərin mətni
Türk dövlətləri rəqabət qurumları olaraq, ölkələrimizin və türk cəmiyyətlərinin daha da çiçəklənməsini, iqtisadi cəhətdən inkişaf etməsini və gələcəyə inamlı addımlarla irəliləməsini təmin etmək üçün çox çalışırıq və fərdi olaraq mübarizə aparırıq. Bununla belə, səylərimizi birləşdirərək, bir-birimizdən güc alaraq irəliləməyimiz son dərəcə vacibdir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda iştirak edən Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle deyib.