Şabrançay-Təngəaltı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur
28.03.2019 [19:10]
Xəbərin mətni
Quba rayonunda turizm əhəmiyyətli Şabrançay-Təngəaltı avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yoluna birləşən bu yolun uzunluğu 26 kilometrdir. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun eni 6 metr təşkil edir.