İQTİSADİYYAT


Qəbələdə 11 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

Qəbələ rayonunda uzunluğu 19 kilometr olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.