İQTİSADİYYAT


Qusarlı fermerlərə səyyar satışda güzəştli şərtlərlə 25 ton mineral gübrə satılıb

Aprelin 2-də “Aqrolizinq” ASC tərəfindən Qusar rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmanqulukənd kəndində təşkil olunan səyyar satışda 50-yə yaxın fermerə 25 ton mineral gübrə satılıb.