Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda insan alverinə qarşı mübarizəyə dair beynəlxalq seminar keçirilib

03.04.2019 [15:59]

Xəbərin mətni
Aprelin 3-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi (BMqT) və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçirilib. Tədbir Avropa İttifaqı (Aİ) və BMqT tərəfindən dəstəklənən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması" layihəsi çərçivəsində təşkil olunub.