Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır?

09.06.2026 [19:51]

Xəbərin mətni

Bir çox valideynin narahat olduğu məsələ artıq parlament müstəvisində müzakirə olunur. Söhbət uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlərdən gedir. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, 16 yaşına çatmamış şəxslər yaş məhdudiyyəti tətbiq edilən platformalarda fərdi hesab yarada bilməyəcək.