İQTİSADİYYAT


Yasamalda 5,3 kilometr uzunluğundakı 5 küçənin təmiri yekunlaşıb

Yasamal rayonu ərazisində 5,3 kilometr uzunluğa malik 5 küçənin 85 min kvadratmetrdən çox sahəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, hər birinin uzunluğu 1,6 kilometr olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, həmin küçələri birləşdirən 0,4 kilometr uzunluğa malik “A Keçidi” küçəsi, bir kilometrlik “7-ci Alatava” küçəsi və 0,7 kilometr uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.