İQTİSADİYYAT


Azərbaycanın nümayəndə heyəti ABŞ-da kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir sıra istehsalat obyektlərində olub

Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçilərinin daxil olduğu və kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi geniştərkibli nümayəndə heyəti aprelin 3-də GSI (AGCO) şirkətinin İllinoys ştatında yerləşən taxıl və protein istehsalı sahəsinə aid avadanlıqların istehsal edildiyi müəssisələrə, ayın 5-də isə Ayova ştatının “Cinnamon Ridge Farms” fermasına, eləcə də “John Deere” şirkətinin Molin şəhərindəki mənzil-qərargahına səfər edib.