İQTİSADİYYAT


Qaradağda 4 küçənin təmiri yekunlaşıb

Qaradağ rayonunda təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, uzunluqları 1,2 kilometr olan Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, həmçinin Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir.